Sizin Reklamınız Burada ola bilər!
featured

Bəhram Bağırzadə kimsəsiz şəxslə bağlı videosunu sərt tənqidlərdən sonra sildi – VİDEO

Əməkdar artist Bəhram Bağırzadə paylaşımı ilə etiraz yaradıb.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib.

Həmin şəxs gözüyaşlı Bəhramın təkidi ilə suallara cavab verməyə məcbur olub. Bağırzadənin yayımladığı video birmənalı qarşılanmayıb.  
Sosial media əhli Əməkdar artistin bu hərəkətini qəzəblə qarşılayıb. Onlar hətta şərh bölümündə Daxili İşlər Nazirliyinin hesabını işarələyərək bu məsələyə hüquqi qiymət verilməsini istəyiblər.

B.Bağırzadə yazılan tənqidlərə və etirazlara cavab olaraq paylaşdığı videonu sosial şəbəkə hesablarından silib.  

Bizim.Media-nın əməkdaşı qalmaqallı paylaşım barədə şərh almaq üçün Əməkdar artist Bəhram Bağırzadə ilə əlaqə saxlayıb.

O, cavab olaraq, bu haqda danışmaq istəmədiyini bildirib.

Rəşad Əliyev, Bizim.Media

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bəhram Bağırzadə kimsəsiz şəxslə bağlı videosunu sərt tənqidlərdən sonra sildi – VİDEO

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica