Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ: Hava necə olacaq?

Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ: Hava necə olacaq?
Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ: Hava necə olacaq?

Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ: Hava necə olacaq?
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 30-u gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24 dərəcəyədək isti olacağı gözlənilir.
Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək 18 dərəcəyə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, mayın 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, mayın 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, mayın 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, mayın 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 2-si axşam, 3-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, mayın 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 11-13, gündüz 18-23, dağlarda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bayramda rayona getmək istəyənlərin DİQQƏTİNƏ: Hava necə olacaq?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!