Sizin Reklamınız Burada ola bilər!
“BakuBus”ın deposunda sərvət yatırmış: Niyə hamıdan gizlədiblər?
“BakuBus”ın deposunda sərvət yatırmış: Niyə hamıdan gizlədiblər?

“BakuBus”ın deposunda sərvət yatırmış: Niyə hamıdan gizlədiblər?

Hesablama Palatasının “BakuBus” MMC-nin maliyyə fəaliyyətinə aid hesabatı açıqlanıb. Hesabatdan məlum olur ki, paytaxın bir çox nöqtələrində köhnə, istismar müddəti keçmiş avtobuslar istifadə edildiyi halda, 198 təzə avtobusun depolarda saxlanıldığı məlum olub.

Hesablama Palatasının verdiyi məlumata görə, dəyəri 100 minlərlə ölçülən bu avtobuslar sən demə, lazım olandan daha çox alınıb. Dövlət vəsaitinə alınan avtobusların isə 25.4 faizi depolarda saxlanılıb. Əlavə olaraq 320 ədəd sərnişin avtobusunun sifariş verildiyi nəzərə alsaq, sözügedən faizin artacağı istisna olunmur.

Nə qədər təzə avtobusun yararsızmış kimi saxlanıldığın bilmək üçün Zığdakı depoya yollandıq.

“Bakı vaxtı ilə saat 17.30-dur. Bu zaman isə şəhərdə nəqliyyatın hərəkətinin ən intevsiv olduğu vaxtdır. Belə ki, bu radələrdə bir çox vətəndaş işdən çıxır, dayanacaqlarda avtobus gözləyir. Bizim o gözlədiyimiz marşurutlar isə aylarla, illərlə bu depoda qalaraq yararsız vəziyyətə düşür. Qeyd edim ki, bu depoda bu cür avtobusların sayı yüzlərlədir”.
Deponun potensialından tam istifadə olunmaması isə “BakuBus”ın sərnişindaşıma sahəsi üzrə gəlirlərinin daha az olması ilə nəticələnib.

“BakuBus” MMC-nin idarəçəliyinə məsul olan Azərbaycan İnvestisya Holdinqindən məsələ ilə bağlı bildirilib ki, Palatanın sözügedən araşdırması 2019-2021-ci ilin yanvar ayını əhatə edir. “BakuBus” Azərbaycan İnvestisya Holdinqinin tabeliyinə bu tarixdən 25 gün sonra keçib.

Həmin tarixə qədər isə “BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tabeçiliyində olub. Hesabatla bağlı mövqelərini öyrənmək üçün BNA ilə əlaqə saxladıq. Lakin qurum rəsmiləri israrla suallarımıza cavab vermək istəmədilər.

Daha sonra “BakuBus” MMC-nin mövqeyini öyrənməyə çalışdıq. Ancaq əfsuslar olsun ki, mətbuat xidmətinin rəhbəri Qabil Babayev cəmi 3 suala 2 gün ərzində cavab verə bilmədi. Ya da cavab vermək istəmədi.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, hər kəs “BakuBus”dan nəqliyyat sistemini yaxşılaşdırmasını gözlədiyi halda, qurumun bu cür işlərlə məşğul olması qəbulolunmazdır.

“Əbəttə ki, bunun iqitsadi tərəfləri var. Dövlətə bu qədər zərər dəyir. İndi dövlətin diqqəti Qarabağı dirçəltməyə yönəlib, məlum oldu ki, bu tərəfdə 300 avtobusu itirdik. İndi belə çıxır ki, dövlət 300 avtobus üçün yenidən pul ayırmalıdır. Belə hallarla qarşılaşmamaq üçün isə özəl daşıma şirkətlərinə şərait yaradılmalıdır”.

Hesablama Palatasının üzə çıxardığı digər dəhşətli fakt isə istismara yararsız 198 avtobusdan 80-nin ehtiyat hissələrinin sökülərək başqa avtobuslara qoyulmasıdır. Bu isə onsuz da yararsız olan avtobusların sıradan çıxmasına gətirib çıxarıb. Buna isə “BakuBus”ın təmirə ehtiyac duyulan avtobuslar üçün maliyyə cəlb etməməsi səbəb olub.

Hesablama Palatasının açıqladığı rəqəmlərdə isə 80 milyon manatlıq qanunsuzluqdan söhbət açılır.


Mövzuya qayıdacağıq.

Semral Cavad
Fariz Quluyev
APA TV

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“BakuBus”ın deposunda sərvət yatırmış: Niyə hamıdan gizlədiblər?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica