Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Bakıya ərzaq məhsulları gətirənlərin DİQQƏTİNƏ: “Formula-1”ə görə qaydalar dəyişdi

Bakıya ərzaq məhsulları gətirənlərin DİQQƏTİNƏ: “Formula-1”ə görə qaydalar dəyişdi
Bakıya ərzaq məhsulları gətirənlərin DİQQƏTİNƏ: “Formula-1”ə görə qaydalar dəyişdi

Bakıya ərzaq məhsulları gətirənlərin DİQQƏTİNƏ: “Formula-1”ə görə qaydalar dəyişdi
Rayonlardan paytaxta ərzaq və kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin nəzərinə çatdırılır ki, həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir.
Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə verdiyi məlumatda qeyd olunub.  
Eyni zamanda paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə trekin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsində yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.         
“Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstək və köməklərini nümayiş etdirəcəklər”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək  Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.  

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bakıya ərzaq məhsulları gətirənlərin DİQQƏTİNƏ: “Formula-1”ə görə qaydalar dəyişdi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!