Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI + FOTO/VİDEO
Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI + FOTO/VİDEO

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI + FOTO/VİDEO

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycandan Türkiyəyə yardımla bağlı edilən elanın ardından izdiham yaşanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən yüzlərlə insan yardım toplama məntəqəsinə – paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasına axın edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da sosial şəbəkə hesabındakı paylaşımında Türkiyəyə yardım edən azərbaycanlılara təşəkkür edib.Qeyd edək ki, davam edən yardım kampaniyasına zəruri ehtiyacların toplandığı yüzlərlə qutu hazırlanıb.

17:33
Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən minlərlə insan yardım toplama məntəqəsinə axın edib.
Oxu.Az xəbər verir ki, paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında davam edən yardım kampaniyasına zəruri ehtiyacların toplandığı yüzlərlə qutu hazırlanıb.

PhotoStock.Az-ın əməkdaşının yardım kampaniyası ilə bağlı ərazidən hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock
14:46
Türkiyədə baş verən zəlzələ nəticəsində küçələrdə qalan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyaları başlanılıb.
Oxu.Az sosial şəbəkələrdə istinad xəbər verir ki, yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir.
Sosial şəbəkə üzərində yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər.
Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.


 

Sizinxeber.Az

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI + FOTO/VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!