Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Bakıda hamilə prodüseri polis narkotiklə saxladı – VİDEO

Bakıda hamilə prodüseri polis narkotiklə saxladı - VİDEO
Bakıda hamilə prodüseri polis narkotiklə saxladı - VİDEO

Bakıda hamilə prodüseri polis narkotiklə saxladı – VİDEO
Prodüser Təranə Səmədova polis əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, o, mayın 10-da saxlanılaraq Nəsimi rayonunda polis bölməsinə aparılıb.
Səmədova həmin vaxt polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
Prodüserin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qərara əsasən, o, 400 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi.
Xatırladaq ki, dünən aparıcı Lalə Azərtaş Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində Təranə Səmədovanın yeddi aylıq hamilə olduğunu və həbs olunduğunu deyib.
Daha ətraflı süjetdə:

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
1
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bakıda hamilə prodüseri polis narkotiklə saxladı – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!