Əsən güclü külək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalmasına səbəb olub.
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını götürərək təhlükəni aradan qaldırıblar.
Sizinxeber.Az