ilbet
Bakıda avtomobil və moped sürücüləri arasında DAVA – AÇIQLAMA + VİDEO

Bakıda avtomobil və moped sürücüləri arasında DAVA – AÇIQLAMA + VİDEO

Abunə Ol
Dekabr 14, 2021 22:59
Bakıda avtomobil və moped sürücüləri arasında DAVA – AÇIQLAMA + VİDEO
0

BƏYƏNDİM

ABUNƏ OL

Bakıda avtomobil və moped sürücüləri arasında DAVA – AÇIQLAMA + VİDEO
Bakıda sürücülər arasında dava olub. 
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 
Görüntülərdə avtomobil sürücüsü ilə mopedi idarə edən şəxs arasında mübahisənin qısa zamanda davaya çevrildiyi əks olunub.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Oxu.Az-a açıqlama verib.
“Mopedlər, yəni 50 kub/sm-dək motor həcmi olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə hələ ki nəzərdə tutulmayıb. Vətəndaşlarımızın son illərdə bu cür vasitələrdən istifadə etməsi ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmlidir və hesab edirik ki, bu cür vasitələrdən düzgün şəkildə istifadə olunması yollarda sıxlıq və tıxacların qarşısının alınması üçün öz töhfəsini verəcək.
Lakin bununla yanaşı vətəndaşlarımızın haqlı narazılıq və narahatlığı da az deyil. Bu cür vasitələrlə törədilmiş qəzalar, eləcə də qayda pozuntuları xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür. Hesab edirik ki, yeni qanun layihəsində tərəfimizdən edilmiş təkliflər qısa zamanda öz həllini tapacaq və bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti dərinləşəcək və ciddiləşəcək. Əlavə olaraq bildirmək istəyirik ki, hərəkətin digər iştirakçıları – mopedlər, skuterlər, velosipedlər, yeni nəsil minik vasitələr mövcud qanunvericilikdə olmasa da, nəzərdə tutulan yeni qanunvericilik layihəsində öz həllini tapacaq məsələlər siyahısındadır”, – baş inspektor söyləyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür.
İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçılarının etdiyi qayda pozuntularına görə 20-100 manat məbləğində cərimə nəzərdə tutulur.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 


WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.