Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Bakıda ağacın yerində park yeri yaradılmasına İcra Hakimiyyətindən cavab: “İcazə verməmişik” – YENİLƏNİB+FOTO

Bakıda ağacın yerində park yeri yaradılmasına İcra Hakimiyyətindən cavab: “İcazə verməmişik” - YENİLƏNİB+FOTO

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonu, Bülbül prospektində (18-30 saylı evlə üzbəüz) ağacın məhv edilməsi və piyada səkisinin kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdarənin mətbuat xidmətindən Caliber.Az-a verilən məlumatda qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsas şəhər yollarında təmir və yenidənqurma işləri aparılır.
“Bakı Şəhər İcra Hakimiyyəti burada yeni park yerlərinin yaradılması ilə bağlı heç bir rəy və icazə verməyib. Faktla bağlı məhkəmənin aparılması üçün aidiyyəti qurumlara müraciət göndərmişik”, – deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Xatırladaq ki, piyada səkisinin daraldılması və ağacın kəsilməsini təsdiqləyən fotolar sosial şəbəkələrdə böyük rezonans doğurub.
12:00
Bakının Nəsimi rayonunda ağac kəsilib, yerində parkinq salınıb. 
Bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Bildirilib ki, sözügedən ərazidə çoxillik ağac kəsilərək piyadalar üçün səki daraldılıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 
Bildirilib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bakıda ağacın yerində park yeri yaradılmasına İcra Hakimiyyətindən cavab: “İcazə verməmişik” – YENİLƏNİB+FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!