Bakı tələsir: Ərdoğan uduzsa... – De Vaaldan sensasiya
Bakı tələsir: Ərdoğan uduzsa... – De Vaaldan sensasiya

Bakı tələsir: Ərdoğan uduzsa… – De Vaaldan sensasiya

Mən Qarabağda yeni münaqişənin başlayacağını proqnozlaşdırıram. Bu münaqişə başlayanda Qərb gecikə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Kornegi Fondunun tədqiqatçısı, Cənubi Qafqaz üzrə mütəxəssis Tomas de Vaal bu gün keçirilən müzakirə zamanı deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının mövcudluğu sutiasiyanı qoruyub saxlayır, ancaq 2025 – dönüş ili olacaq:

“Həmin vaxt qüvvələr balansının necə olacağı bəlli deyil. Qərb – Ermənistan-Azərbaycan sərhədi və iqtisadi məsələlərdə oyunçudur, ancaq Qarabağ məsələsində qərbli oyunçuların əlində heç bir praktik rıçaq yoxdur. Qərbin və Rusiyanın bütün diqqəti Ukraynaya yönəlib. Qərb üçün hazırda ən vacib olan Ukraynanın sağ qalmasıdır”.

De Vaalın sözlərinə görə, Qarabağ ətrafındakı vəziyyətə indi az adam diqqət göstərir:

“Artıq 6 aydır ki, Avropa formatı fəaliyyət göstərmir. Son aylarda isə vəziyyət pisləşib”.

Onun iddiasına görə, Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması yeni konfliktə doğru addımdır və Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının məlum bəndindən imtina edir:

“Biz bilirik ki, burada əsas beynəlxalq oyunçu Rusiyadır. O, ərazidə yeganə oyunçudur ki, fiziki olaraq nəsə edə bilər. Bu işdə mənim üçün əsas müəmma Rusiyanın fəaliyyətsizliyidir. Rusiya niyə bu prosesdə passivdir?”

Tomas de Vaal Azərbaycanın “tələsməsinin” səbəbini Türkiyədəki seçkilərlə əlaqələndirib:

“Türkiyədə 14 mayda keçirilən seçkilərdə Ərdoğanın uduzması istisna deyil və bu zaman Türkiyə-Azərbaycan münasibətləri yeni fazaya keçəcək. Türkiyə, ola bilsin ki, Azərbaycanın bərabərhüquqlu müttəfiqi olmağı dayandırsın. Ankaranın Cənubi Qafqazda öz gündəmi ola bilər və Türkiyə Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yox, kiçik qardaş kimi baxmağa başlaya bilər”.

Sizinxeber.Az

Bakı tələsir: Ərdoğan uduzsa… – De Vaaldan sensasiya

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!