ilbet
Bakı sakinlərinə “Paytaxt” salatı neçəyə başa gələcək?

Bakı sakinlərinə “Paytaxt” salatı neçəyə başa gələcək?

Abunə Ol
Dekabr 29, 2021 13:31
Bakı sakinlərinə “Paytaxt” salatı neçəyə başa gələcək?
0

BƏYƏNDİM

ABUNƏ OL

Bakı sakinlərinə “Paytaxt” salatı neçəyə başa gələcək?
Qarşıdan gələn Yeni il bayramında “Paytaxt” salatı Bakı sakinlərinə orta hesabla 10,11 manata başa gələcək.
APA bazardakı qiymətlər və salatın inqrediyentləri əsasında apardığı hesablamalara görə, standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan “Paytaxt” salatının xam çəkisi təxminən 2,5-2,7 kq olacaq və bu həcmdə salatın qiyməti 10,11 manat təşkil edəcək. Bu, dekabr ayının əvvəli ilə müqayisədə 1,8 faiz azdır.
“Paytaxt” salatının inqrediyentlərinə gəldikdə, standart reseptə turşu xiyar (2 ədəd – 300 q), təzə xiyar (2 ədəd – 300 q), yaşıl noxud (1 banka – 300-400 q), mayonez (1 banka – 350-400 ml), kartof (500 q), kök (400 q), yumurta (4 ədəd – 200 q), toyuq filesi (300 q), şüyüd (1 dəstə) daxildir.
Ayrı-ayrı malların qiymətlərinə gəldikdə, salatın ən bahalı inqrediyentləri toyuq filesi (300 q – 2,3 manat), yaşıl noxud (300-400 qramlıq banka 2,1 manata) və mayonezdir (400 ml banka və ya paket – 2,23 manat), ən ucuz isə şüyüd (dəstəsi 0,2 manat) başa gələcək.
Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə yumurta və şüyüdün qiyməti dəyişməyib qalıb. Təzə xiyarın qiymətində isə kəskin artım baş verib (42,4%). Yeni il qabağı mağazaların təklif etdiyi endirimlər fonunda yaşıl noxud və mayonezin ortalama qiymətləri müvafiq olaraq 11,3 faiz və 5,5 faiz enib.
Beləliklə, Azərbaycanda “Paytaxt” salatı indeksi aylıq müqayisədə 1,8 faiz azalıb.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.