Sizin Reklamınız Burada ola bilər!
featured

Bakı qərar versə, yeni savaşa əngəl törədilməyəcək: ABŞ, Avropa və Rusiya kənardan müşahidə edəcək

Minsk Qrupu mövzusunda hələlik rəsmi İrəvan ilə oxşar mövqe tutan ABŞ və Qərb, Cənubi Qafqazda uzaqgedən maraqları olsa da, strateji əhəmiyyəti artmış Türkiyə-Azərbaycan İttifaqı ilə Ermənistan ucbatından qarşıdurmaya həvəs göstərməz… Ukrayna savaşında hər ötən gün daha da zəifləyən Rusiya isə Azərbaycan-Türkiyə İttifaqı ilə toqquşaraq, özünə qarşı hərbi fəlakətə çevrilə biləcək ikinci cəbhənin açılmasına səbəb verməz…

“Ölkə.az” musavat.com-a istinadla xəbər verir ki, Ermənistan sülh sazişinin hazırlanması prosesini uzatmağa, hətta imkan daxilində iflasa uğratmağa çalışır. Hazırda mövcud olan situasiya rəsmi İrəvanın ənənəvi “xəyal hədəfləri”nin müzakirə mövzusuna çevrilnəsi baxımdan, sərfəli deyil. Cənubi Qafqazdakı yeni geopolitik şərtlər məğlub Ermənistanı, qalib Azərbaycan qarşısında sülh danışıqları prosesində də aciz duruma salıb.

Paşinyan hakimiyyəti çıxış yolunu sülh danışıqları prosesini mümkün qədər uzadıb, zaman qazanmaqda axtarır. Çünki, hazırda çətin vəziyyətdə olan yalnız Ermənistan deyil. Üstəlik, rəsmi İrəvanın əsas beynəlxalq himayədarları da ağır tarixi mərhələdən keçirlər. ABŞ və Qərb Rusiya ilə “proxy war” modeli üzrə müharibə aparır. Ona görə də, indi ABŞ və Qərb üçün Ermənistan müzakirə masasının üzərində yer tutacaq mövzu və ya problem deyil.

Rusiyanın Cənubi Qafqazda maraqları öz aktuallığını saxlayır. Hətta Kreml üçün bu region əvvəlkindən daha böyük əhəmiyyət daşımağa başlayıb. Ancaq Ukrayna savaşında çətin vəziyyətə salınıb, zəifləməkdə olan Rusiya üçün də regional maraqların Ermənistan üzərində indeksləşdirilməsi olduqca risklidir. Hər halda, Ermənistan indi ən yaxşı halda, formal dövlət təsiri bağışlayır. Və Ermənistan ucbatından Azərbaycan-Türkiyə İttifaqı ilə münasibətləri korlamaq Kremlin regional mövqelərini daha da zəiflədə bilər.

d711cbc9-7693-4f7d-a9c8-b752d244f674.jpg (253 KB)Məsələ ondadır ki, Azərbaycan-Türkiyə İttifaqının atdığı son addımlar əslində, Rusiya üçün də gələcəyin planlanması baxımdan, nəzərə almalı olduğu ciddi mesajlardır. Türkiyə həm NATO daxilində, həm də ümumiyyətlə, beynəlxalq siyasi məkanda öz mövqelərini ciddi şəkildə möhkəmləndirib. Hazırda Türkiyənin siyasi iradəsi dünya siyasətində idarəedici faktorlardan birinə çevrilməyə başlayıb. Və NATO-nun iki ən güclü ölkəsindən biri olan Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqi olmaqla yanaşı, Cənubi Qafqazda da əsas geopolitik oyunçu statusuna sahibdir.

Rəsmi Ankara Azərbaycanın Türkiyə üçün heç bir halda, vaz keçilməyəcək səviyyədə “qırmızı cizgi” olduğunu qətiyyən gizlətmir, əksinə, hər imkanda bunu açıq şəkildə qabardır. Türkiyənin müdafiə naziri Hulusi Akarın “Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir” deməsi də bunu təsdiqləyir və bəzi ünvanlara növbəti mesaj xarakteri daşıyır. Və rəsmi Ankaranın bu qətiyyətli mövqeyi Cənubi Qafqazda maraqları olan dövlətlər üçün diqtə edilən dəyişməz şərtdir.

Maraqlıdır ki, Türkiyə müdafiə nazirinin son açıqlamasında Azərbaycana qarşı təzyiq göstərmək niyyətinə düşə biləcək hər kəsə açıq və sərt xəbərdarlıq var: “Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də, biz 44 günlük uğurlu hərbi əməliyyatdan sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik”.

Maraqlıdır ki, H.Akarın açıqlamasında ATƏT-ın Minsk Qrupunu yenidən diriltməyə can atanlara da dolayısı eyhamlar yer alır. Türkiyənin müdafiə naziri Minsk Qrupuna münasibətdə rəsmi Ankaranın Azərbaycanla eyni mövqedə olduğununa işarə vurur. “ATƏT-in Minsk Qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir addım atmadılar” deməklə, Türkiyə tərəfindən həm Ermənistanın, həm də ABŞ-ın bu qurumu yenidən regional proseslərə qaytarmaq cəhdlərinə imkan verilməyəcəyinə eyham vurur: “Bir milyondan çox insanın qaçqın olmasına, Xocalı və başqa soyqırımların törədilməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq, heç bir şəkildə heç kim tükünü belə, tərpətmədi. Lakin indi önəmli bir məqam da var ki, Azərbaycan tək deyil. İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, davam edir. Tək ordu halında fəaliyyət göstəririk”.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)Bu açıqlamada Xocalı soyqırımının xatırladılması ilə mesajın üstüörtülü şəkildə hansı dövlətin ünvanına getdiyini anlamaq o qədər də çətin deyil. Eyni zamanda, Azərbaycanın tək olmadığının vurğulanmasının, “Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir” xəbərdarlığının da konkret ünvanlarının olduğu qətiyyən şübhə doğurmur. Bu, o deməkdir ki, rəsmi Ankara Azərbaycana yönəlik hər hansı hərbi təcavüz və ya təzyiq cəhdini məhz Türkiyəyə qarşı atılmış addım kimi qəbul edəcəyini anlatmağa çalışır. Və dünyada, eləcə də, regionda hökm sürən indiki qəliz hərbi-siyasi situasiyada Türkiyənin belə qətiyyətli, həm də açıq mövqeyi Azərbaycan üçün olduqca önəmlidir.

Hər halda, Ermənistanın sülh danışıqlarını açıq şəkildə pozmağa, sərhəd bölgəsində hərbi təxribatlar törətməyə çalışdığını nəzərə aldıqda, rəsmi Ankaranın bu mesajlarının səbəbsiz olmadığını düşünmək olar. Çünki Ermənistan özbaşına təxribatlar törətməyə cəsarət edəcək durumda olan dövlət deyil. Rəsmi İrəvan beynəlxalq himayədarlarından dəstək və ya sifariş almadığı halda, bütün bunlara cəsarət edə bilməz. Əgər, ordusu darmadağın edilmiş Ermənistan yeni savaşı stimullaşdıra biləcək təhlükəli addımlar atmağa çalışırsa, deməli, rəsmi İrəvan bununla bağlı kənardan sifariş və təhlükəsizlik təminatı alıb.

Bunun qarşılığında rəsmi Bakı Azərbaycan ordusunun ən elitar hərbi hissələrini Ermənistan ilə sərhəd bölgəsində yerləşdirir. Rəsmi Bakının bu taktikası isə Ermənistan üçün ciddi nəticələr çıxarılmalı olan addımdır. Çünki, bu, Azərbaycan Ermənistanla qarşılıqlı münasibətlərdə yeni savaş ehtimalı da daxil olmaqla, bütün variantlara hazır olduğunu təsdiqləyir. Və Azərbaycan regionda atacağı istənilən addım üçün Türkiyənin tam dəstəyinə də sahibdir.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Təbii ki, Minsk Qrupu mövzusunda hələlik rəsmi İrəvan ilə oxşar mövqe tutan ABŞ və Qərb, Cənubi Qafqazda uzaqgedən maraqları olsa da, Ermənistan ucbatından Türkiyə-Azərbaycan İttifaqı ilə qarşıdurmaya getməz. Burada həm Türkiyənin NATO daxilində mövqelərinin güclənməsi, rəsmi Ankaranın indiki situasiyada ABŞ üçün əhəmiyyətinin daha da artması xüsusi rol oynayır. Eyni zamanda, ABŞ və Qərb Azərbaycanın enerji resurslarının Avropa dövlətləri üçün necə həyati önəm daşıdığını da hesaba qatmaq məcburiyyətindədir.

Təxminən oxşar faktorlar Rusiya üçün də keçərlidir. Ukrayna savaşında hər ötən gün daha da zəifləyən Rusiya Azərbaycan-Türkiyə İttifaqı ilə toqquşaraq, özünə qarşı ikinci cəbhənin açılmasına səbəb verməz. Xüsusilə də, Kremldə anlayırlar ki, Ukrayna qarşısında aciz duruma düşən Rusiya NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə hərbi qarşıdurmaya tab gətirməz. Üstəlik, Kremldə Türkiyə ilə hərbi toqquşmanın bütövlükdə NATO-ya qarşı müharibəyə çevrilə biləcəyini də anlamamış deyillər.

Bütün bunlar onu göstərir ki, Ermənistan hələ də “geopolitik oyuncaq” rolunu oynamaqla, başqalarının sifarişi ilə özünü yenidən böyük təhlükəyə atır. Halbuki, artıq sadaladığımız məqamları nəzərə aldıqda, Azərbaycan ordusu hərəkətə gətiriləcəyi təqdirdə, ABŞ və Qərbin, eləcə də, Rusiyanın müşahidəçi qalmalı olacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvanın yeni savaşa səbəb verəcək davranışları ilə bağlı təhlükəsizlik təminatı almış olsa belə, Ermənistanın Azərbaycan qarşısında təklənəcəyi elə əvvəlcədən aydındır.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Bakı qərar versə, yeni savaşa əngəl törədilməyəcək: ABŞ, Avropa və Rusiya kənardan müşahidə edəcək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica