featured

“Bakı Fransanın vasitəçiliyindən imtina edərsə, bu, növbəti zərbə olacaq” – Xaçatryan

“Fransanın danışıqlar formatından çıxması ATƏT-in Minsk qrupuna yeni zərbə olacaq”.

Bizimyol.info xəbər verir ki, bunu politoloq Derenik Xaçatryan deyib. Xaçatryanın sözlərinə görə, Əliyevin bəyanatı qəti şəkildə Fransanın son hərəkətlərinə cavab idi. “Bunlara səbəb prezident Emmanuel Makronun bəzi bəyanatları və Fransa Senatının qətnaməsidir. Bakı heç vaxt Parisi danışıqlar formatından çıxarmaq istəyini gizlətməyib. Fransanın problemi ondan ibarətdir ki, onun Azərbaycanın hərəkətlərinə və davranışlarına təsir etmək üçün o qədər də çox resursu yoxdur. Parisin əlində əsas alət diplomatik jestlər, Azərbaycanın siyasətini pisləyən bəyanatlardır. Məhz Fransanın məhdud resursları Azərbaycana və onun rəhbərliyinə belə cəsarətli davranmağa, Parisin vasitəçilik rolunu şübhə altına almağa imkan verir”.

Xaçatryan qorxur ki, Fransa vasitəçiliyinə qarşı bu cür demarşlar artıq ağır günlər yaşayan ATƏT-in Minsk qrupuna növbəti zərbə olacaq.

“ATƏT-in Minsk Qrupunun fəaliyyəti son vaxtlar faktiki olaraq qeyri-mümkün olub, lakin Ermənistan tərəfi Moskvada, daha sonra Brüsseldə, Parisdə və ya Vaşinqtonda başlanmış danışıqlarda iştirak etməyə razılıq verərək vəziyyəti müəyyən qədər tarazlaşdırmağa çalışıb, şans verib. Və bunda Fransanın iştirakı vacib rol oynadı. Amma indi, əgər Bakı həqiqətən də Fransanın vasitəçiliyindən imtina edərsə, bu, artıq deformasiyaya uğramış formata növbəti zərbə olacaq”,- deyə o əlavə edib.

Vəziyyəti Ermənistanın maraqları baxımından nəzərdən keçirən Xaçatryan qeyd edib ki, Fransanın danışıqlarda iştirakı o mənada daha sərfəlidir ki, həmsədrlər “üçlüyünün” çoxsaylı bəyanatları Fransa tərəfinin vasitəçiliyi ilə qəbul edilib.

“Onlarda İrəvan üçün faydalı mexanizmlər və təkliflər var. Fransadan fərqli olaraq Avropa İttifaqı vasitəçi nöqteyi-nəzərindən danışıqlara “yeni gələn” tərəfdir, Brüsselin iştirakı ilə heç bir danışıqlar prosesi baş verməyib. Lazım gələrsə, Ermənistan Aİ-nin vasitəçiliyi ilə qəbul edilən bəzi qərarlara istinad edə bilməyəcək.

Ümumiyyətlə, İrəvan ATƏT-in Minsk Qrupunun formatının saxlanmasında hədsiz dərəcədə maraqlıdır, bu format bir çox cəhətdən özlüyündə Qarabağ probleminin həll olunmamış olduğunu bəyan edir və buna görə də gələcəkdə “Dağlıq Qarabağ”ın statusunun müzakirəsinə imkan yaradır. Bakı isə problemin mövcudluğunu inkar edir, 44 günlük müharibədən sonra bunun həll olunduğunu, müvafiq olaraq ATƏT-in Minsk qrupuna ehtiyac olmadığını bildirir. Odur ki, Fransanın danışıqlardan çıxması Minsk formatını “dəfn etmək” cəhdləri baxımından Azərbaycan üçün əlamətdar hadisə olardı”,- deyə politoloq sonda qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Sizinxeber.Az

“Bakı Fransanın vasitəçiliyindən imtina edərsə, bu, növbəti zərbə olacaq” – Xaçatryan

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!