ilbet
“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirdi

“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirdi

Abunə Ol
Dekabr 24, 2021 11:24
“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirdi
0

BƏYƏNDİM

ABUNƏ OL

Bu gün “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Ağstafa rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.


WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.