Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır - RƏSMİ - YENİLƏNİB + VİDEO
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır - RƏSMİ - YENİLƏNİB + VİDEO

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır – RƏSMİ – YENİLƏNİB + VİDEO

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır: “Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.  

13:10 “Biz Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik”. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti qısa zamanda Tehran səfirliyini təxliyə etməyi planlaşdırır: “Biz bu hücumu ən sərt şəkildə qınayırıq”. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. İlhamə Əbülfət

Sizinxeber.Az

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır – RƏSMİ – YENİLƏNİB + VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!