Sizin Reklamınız Burada ola bilər!
“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” - Həkim-infeksionist
“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” - Həkim-infeksionist

“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” – Həkim-infeksionist

“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” – Həkim-infeksionist
Avropa ölkələrində son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusuna yoluxma halları Azərbaycanda da cəmiyyət arasında təşvişə səbəb olub. Mövzuya aydınlıq gətirmək üçün bildirim ki, bu xəstəlik suçiçəyi infeksion xəstəliyinə bənzəyir. 
Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Meymun çiçəyi” xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik meşələrin yaxınlığında müşahidə edilir:
“Virusun iki ştammı – Qərbi və Mərkəzi Afrika ştammları var. Simptomları isə qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, zəiflik və əzələ ağrısı kimi büruzə verə bilər. Qızdırma azaldıqdan sonra səpkilər əmələ gəlir. Səpkilər ilk olaraq üz nahiyəsindən başlayır və bədənin digər hissələrinə yayılır. Əksər hallarda isə ovuclarda və ayaqlarda daha çox rast gəlinir və çox qaşıntılı olur. Səpkilər sonra yaraya çevrilir və izləri qala bilər. Ona görə də yaranın qaşınması və qopardılması məsləhət görülmür”.
Həkim-infeksionist qeyd edir ki, “Meymun çiçəyi” xəstəliyi yaxın təmas zamanı, tənəffüs yolları vasitəsilə keçə bilər:
“Eyni zamanda virus insandan-insana cinsi əlaqə yolu ilə də ötürülə bilər. Yoluxmuş meymundan, tələdən, siçovuldan da xəstəliyi tutmaq olar. Həmçinin yoluxmuş insanın paltarlarından da bu xəstəlik insana keçə bilər. Xəstəlik adətən yüngül formada keçir, bəzən iki-üç həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Suçiçəyinə çox bənzəyir. Virus aşkarlanan ölkələrdə xəstəlikdən ölüm halları da az qeydə alınıb”.
L.Qalimova ölkə vətəndaşlara müraciət edərək ölkədə bu virusun olmadığını qeyd edib:
“Xəstəliyin ölkəmizdə aşkarlanmaması üçün kifayət qədər tədbirlər görülür. Vətəndaşlara isə bildirmək istərdim ki, sadalanan əlamətləri özündə hiss edənlər dərhal həkimə müraciət etsinlər. Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi yüksək faiz dərəcəsi ilə sübut edilib”.
Həkim-infeksionist Kəmalə Hüseynova da Oxu.Az-a açıqlamasında qeyd edib ki, “Meymun çiçəyi” xəstəliyi suçiçəyi xəstəliyi ilə bənzərlik təşkil edir:
“Bizdə daha əvvəllər belə faktlar olub. “Meymun çiçəyi”nə yoluxurlar, amma suçiçəyinə oxşayır. Xəstəliklərin fərqi odur ki, “Meymun çiçəyi” zamanı uşaqlarda əlin içərisində, ayaqlarının altında səpkilər olur. İnfeksion xəstəlik kimi gedişatı suçiçəyinə oxşadığı üçün bir çox həkimlər əvvəllər diaqnoz qoyanda çoxuna suçiçəyi diaqnozu qoyurdular”. 
Könül Cəfərli

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” – Həkim-infeksionist

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica