Sizin Reklamınız Burada ola bilər!
Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət - VİDEO
Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət - VİDEO

Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət – VİDEO

Fransa Senatında noyabrın 15-də bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair çağırışın yer aldığı qətnamə layihəsi ilə bağlı səsvermə keçiriləcək. Bununla əlaqədar olaraq Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Fransanın mesopinions.com petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib.
Oxu.Az-ın məlumatına görə, cəmi 10 gün ərzində toplanan imzaların sayı artıq 32 mini keçib.
Petisiya müəllifləri fransızlara müraciət edərək qətnamə layihəsinin Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edildiyini bildiriblər.
“Layihə müəllifləri münaqişənin sadəcə bir tərəfinin – erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlının ağrılı hisslərinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, təkcə bizi günahkar hesab edirlər”.
Müraciətdə bildirilir ki, bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək, kəskin şəkildə qınamaq etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir.
“Senatın qətnamə təklifinin 21-ci bəndi Azərbaycanı “kütləvi cinayətlər” törətməkdə təqsirləndirir, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində işin araşdırılmasını tələb edir. 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri ən böyük şəhərlərimizdən biri olan Gəncəyə beş dəfə raket zərbələri endirib. Həmin ilin payızında Azərbaycanın bir sıra şəhərləri bombalandı. Həmin vaxt 50-si uşaq olmaqla 454 nəfər xəsarət alıb. Ölənlərin sayı 27 qadın və 12 uşaq olmaqla 93 nəfərə çatıb… Bunlar sadəcə rəqəmlər deyil. Onlar parçalanmış və ya dağılmış binaların dağıntıları altında öldürülmüş kiçik uşaqlardır. Məsələn, Narın Xaliqova cəmi 10 aylıq idi, Mədinə Şahnəzərovanın bir yaşı vardı, Məryəm Xəlillinin isə cəmi altı yaşı var idi… Lakin sivil Avropa bu uşaqların ölməsini görməzdən gəlməyi üstün tutdu. Son iki ildə Fransa Senatının heç bir üzvü bu kütləvi cinayətə görə məsuliyyət daşıyanların araşdırılması və cəzalandırılması üçün heç bir qınama və ya başqa bir çağırış səsləndirməyib! Gecə beşiklərində həlak olmuş, şikəst edilmiş Azərbaycan uşaqları senat üzvlərinin diqqətinə layiq deyilmi?!”
Senatın qətnaməsi ilə bağlı təklifin 20-ci bəndində Azərbaycan köçkünlərin (ermənilərin) geri qayıtmaq hüququna təminat verməsi ilə bağlı tələbə gəlincə, petisiya müəllifləri, Qarabağın işğal altında olduğu 30 il ərzində Fransa Senatının heç vaxt bu insanların geri qaytarılma hüququnu tələb etmədiklərini xatırladıb.
Fransa xalqına müraciətdə azərbaycanlılara qarşı başqa ayrı-seçkiliklərə də toxunan müəlliflər bunun səbəbinin Fransada dünyanın ən böyük erməni diasporunun olması ilə izah edib.
Sonda petisiyada səs vermək üçün addım-addım təlimat təqdim olunub.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Azərbaycan xalqı adından Fransa senatına və millətinə müraciət – VİDEO

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica