Sizin Reklamınız Burada ola bilər!
featured

Azərbaycan əsgərləri rus sülhməramlılarını saxladı

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Yenipress.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Minval” nəşri məlumat yayıb.

Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət hərbi kolon yoxlamaq üçün saxlanılıb.

Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd “Kalaşnikov” avtomatı (AKM) aşkar edilib.

Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, hərbi kolon geri qaytarılıb.

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Azərbaycan əsgərləri rus sülhməramlılarını saxladı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica