ilbet
Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi + VİDEO

Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi + VİDEO

Abunə Ol
Yanvar 12, 2022 13:54
Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi + VİDEO
0

BƏYƏNDİM

ABUNƏ OL

Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi – YENİLƏNİB + VİDEO
Bu gün sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.
S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu bildirib.
14:24
Daxili İşlər Nazirliyi Azərbaycan bayrağı ilə maşın silən şəxslə bağlı açıqlama yayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.
13:16
Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.
Bununla bağlı video sosial şəbəkədə yayılıb.
Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.
Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.
Oxu.Az həmin görüntüləri təqdim edir:

Könül Cəfərli

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.