Bu ilin I rübündə AKİA 2500-ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2025
17:30

Bu ilin I rübündə AKİA 2500-ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib

19 may, 2025
17:30
764

Bu ilin I rübündə AKİA 2500-ə yaxın aqrar texnikanın satışını maliyyələşdirib

Bu ilin ilk rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib.

Bu barədə “Sizinxeber.az”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1 857 digər texnika və avadanlıqlar var.

Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Fermerlər gömrük dəyərinin 20 %-i həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40 %-i AKİA tərəfindən ödənilir, digər 40 % isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.

Bizimlə əlaqə saxlayın