05
may
2025
14:00
yuxarı
Azərbaycanda aqrar təlim portalı istifadəyə veriləcək
Azərbaycanda aqrar təlim portalı istifadəyə veriləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aqrar təlim portalını istifadəyə verməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı agentliyin nəzdindəki Aqrar Təlim Mərkəzi hazırlıqlara başlayıb.
Məlumata görə, portal aqrar sahədə maarifləndirmə məqsədilə istifadə olunacaq. Portalda təlim materialları, istifadəçi qeydiyyatı, test imtahanları, nəticə analitikası və s funksional modullar olacaq. Portalın mobil uyğunluğu təmin ediləcək.