“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası bu ayın sonuna qədər hazır olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
apr
2025
15:30

“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası bu ayın sonuna qədər hazır olacaq

05 apr, 2025
15:30
889

“Orqanik Naxçıvan”ın inkişaf konsepsiyası bu ayın sonuna qədər hazır olacaq

“Orqanik Naxçıvan” inkişaf konsepsiyası üzərində işlər bu ayın sonuna qədər yekunlaşdırılacaq.

Bunu “Sizinxeber.az”a açıqlamasında prosesdə iştirak edən "Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin İdarə heyətinin sədri Emin Əliyev bildirib.

"Naxçıvan Muxtar Respublikası “yaşıq iqtisadi zona” elan edildiyindən bu sahədə konseptual yanaşma və tədbirlər planına ehtiyac yaranıb. Ölkəmizdə həm aqrar, həm də orqanik tədqiqatlar aparmaq üzrə böyük təcrübəsi olan bir şirkət “Orqanik Naxçıvan” aqroparkının inkişaf konsepsiyasını hazırlayır. Bu prosesə ölkəmizin bir sıra tanınmış ekspertləri cəlb edilib. Sənəd aprelin sonuna qədər yekunlaşaraq müvafiq orqana təqdim ediləcək. İşlər müəyyən edilmiş vaxtda yekunlaşsa 2025-ci ildən bu konpsepsiya tətbiq edilə bilər", - deyə o qeyd edib.

E.Əliyevin sözlərinə görə, hazırlıq çərçivəsində Naxçıvanın bütün kənd təsərrüfatı sektoru təhlil edilib: “Konsepsiyada Naxçıvanda orqanik və digər kənd təsərrüfatı məhsullarının istehsal və emal potensialı, keyfiyyət və rəqabətqabiliyyətliliik məsələləri, intensiv heyvandarlıq və bitkiçilik təsərrüfatlarının vəziyyəti əksini tapacaq".

Emin Əliyev
Emin Əliyev

O vurğulayıb ki, konsepsiya ilə Naxçıvanın orqanik məhsullarının ixrac potensialı müəyyənləşəcək: “Naxçıvan Türkiyə və İran ilə həmsərhəddir. Bu ölkələr isə ənənvi aqrar ölkələridir. Naxçıvanın bu ölkələrə kənd təsərrüfatı məhsulları ixrac etmək imkanları məhduddur. Lakin digər ölkələrdə - xüsusilə, körfəz ölkələrində Naxçıvan məhsullarına müştəri tapıla bilər. Ümumiyyətlə, ənənəvi kənd təsərrüfatı məhsulları ilə bu bazarlara çıxmaq mümkün deyil. Yerli ərik, şaftalı, fındıq, qoz, giləmeyvə və digər meyvə növləri ilə isə bazarlara çıxmaq mümkündür. Bu məhsulların təkcə xammal kimi deyil, emal edilmiş formada bazara çıxarılması məqsədəuyğundur".

Bizimlə əlaqə saxlayın