Biləsuvarda ət və süd istehsalı artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
dek
2024
08:00

Biləsuvarda ət və süd istehsalı artıb

31 dek, 2024
08:00
990

Biləsuvarda ət və süd istehsalı artıb

İlin əvvəlindən Biləsuvar rayonunda ət və süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə “Report”un Muğan bürosuna Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-noyabr aylarında rayonda 7 298,4 ton ət istehsal olunub. Bu rəqəm 1 il əvvəl 7 030,5 ton olub.

On bir ayda Biləsuvar rayonunda 25 377,1 ton süd istehsal edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 25 361,6 ton təşkil edib.

Bizimlə əlaqə saxlayın