Salyanda 6,5 min hektardan çox payızlıq bitkilər əkilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
dek
2024
09:00

Salyanda 6,5 min hektardan çox payızlıq bitkilər əkilib

12 dek, 2024
09:00
868

Salyanda 6,5 min hektardan çox payızlıq bitkilər əkilib

Salyan rayonunda bu ilin payızında gələn ilin məhsulu üçün 6,5 min hektardan çox payızlıq bitkilər əkilib.

Bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin dekabrın 1-nə kimi rayonda 15 min 904 hektar sahədə şum aparılıb, 6 min 576,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Payızlıq səpinlərin 75 hektarını xəsil, 2 min 446,7 hektarını dən üçün buğda, 4 min 055 hektarını dən üçün arpa təşkil edir.

Hazırda gələn ilin məhsulu üçün payızlıq bitkilərin səpini davam edir.

Bizimlə əlaqə saxlayın