Salyanda 8 933 hektar sahədə pambıq yığılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
noy
2024
21:30

Salyanda 8 933 hektar sahədə pambıq yığılıb

26 noy, 2024
21:30
783

Salyanda 8 933 hektar sahədə pambıq yığılıb

Salyan rayonunda 8 933 hektar pambıq sahəsində məhsul yığılıb.

Bu barədə “Sizinxeber.az”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata əsasən, cari təsərrüfat ilində rayonda 10 636 hektar sahədə pambıq əkilib.

Fermerlər tərəfindən tarlalarda bol məhsul yetişdirilib.

Yığımın ilk günündən tarlalara 48 pambıqyığan maşın cəlb edilib. Builki mövsümdə havaların yağıntılı keçməsinə baxmayaraq, indiyədək rayon üzrə 23 848 ton məhsul tədarük məntəqələrinə təhvil verilib.

Hazırda tarlalarda pambıq yığımı davam edir.

Bizimlə əlaqə saxlayın