Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
noy
2024
20:00

Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

25 noy, 2024
20:00
829

Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb

Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.

Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.

Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.

Bizimlə əlaqə saxlayın