Azərbaycanda 8 üzüm sortu müasir tədqiqat üsulları ilə öyrənilib
Azərbaycanda 8 üzüm sortu müasir tədqiqat üsulları ilə öyrənilib
Cəlilabad rayonu ərazisində becərilən 8 üzüm sortu tədqiq edilib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, "Həməşəra", "Kaberne Sovinyon", "Pino", "Saperavi", "Qrenaj", "Merlot", "Rkasiteli" və "Şardone" üzüm sortları tədqiq olunub.
Aparılan araşdırmalarla Cəlilabad torpaq-iqlim şəraitində becərilən üzüm sortlarının enokimyəvi və enokarpoloji göstəriciləri müasir tədqiqat üsulları ilə öyrənilib.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) protokolları əsasında üzüm genotiplərinin perspektivliyi və spesifik terroirdə özünəməxsus ekoloji-coğrafi zonallıq xüsusiyyətləri müəyyənləşdirilməklə, istehsalata və fermer təsərrüfatlarına elmi əsaslandırılmış təklif və tövsiyələr hazırlanacaq.