Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baş çəkib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2024
19:00

Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baş çəkib

08 avq, 2024
19:00
824

Kənd təsərrüfatı naziri Şəkidə təsərrüfatlara baş çəkib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baş çəkib.

Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Nazir "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC-nin Şəkinin Daşüz kəndində yerləşən camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, "Aqroservis" ASC-nin Çələbixan qəsəbəsi və Cəfərabad kəndlərində yerləşən regional nümayəndəliklərinə baş çəkib, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin, Aqrar Təlim Mərkəzinin regional bölməsinin, toxumçuluq laboratoriyasının, gübrə anbarlarının, texnika parkının fəaliyyəti ilə maraqlanıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində toxum anbarlarına, gübrə sınaqlarının aparıldığı qarğıdalı əkini sahələrinə, Şəki Toxum Emalı Zavoduna baxış keçirən M. Məmmədov görülən işləri dəyərləndirib, öz tapşırıq və tövsiyələrini verib. Nazir, həmçinin Vərəzət kəndində 8 hektar sahədə salınmış "Bioqarden" aqroekoturizm kompleksi ilə tanış olub, bu sahənin daha da inkişaf etdirilməsi üçün təkliflərini verib.

Bizimlə əlaqə saxlayın