Azərbaycan çiyələk ixracını iyunda 51 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan çiyələk ixracını iyunda 51 % artırıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 6 ayı ilə müqayisədə 4,5 milyon ABŞ dolları və yaxud 20 % çoxdur.

Təkcə iyunda isə Azərbaycan xaricə 14,5 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,9 ABŞ dolları və yaxud 51 % çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan tomat ixracından gəlirini 5 % artırıb
Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 8 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər