Muğan rayonlarında buğda biçini başa çatıb  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
05:30

Muğan rayonlarında buğda biçini başa çatıb 

24 iy, 2025
05:30
539

Muğan rayonlarında buğda biçini başa çatıb 

Muğan rayonlarında buğda biçini işləri yekunlaşıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında buğda biçini işləri başa çatıb.

Cəlilabad rayonunda bu il 46 min 980 hektar buğda sahəsindən 167 min 140 ton məhsul biçilib. Biləsuvar rayonunda bu il 7 min 563 hektar sahədə buğda əkilib və 24 min 283 ton məhsul əldə olunub. Eləcə də İmişli rayonunda bu il 6 min 519,7 hektar buğda sahəsindən 26 min 443,7 ton məhsul toplanıb.

Məhsulun satış qiyməti ilə bağlı fermerlər bildirib ki, hazırda buğdanın kiloqramı 35-40 qəpik arasında dəyişir.

Bizimlə əlaqə saxlayın