Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
11:30

Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

21 iy, 2025
11:30
332

Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində IV “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə görüşüb.

"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, görüş zamanı əsas diqqət komanda və strukturun formalaşdırılması, açar vəzifələr üçün düzgün kadrların seçilməsi, eləcə də idarəetmədə dəyişikliklərin effektiv şəkildə tətbiqi məsələlərinə yönəlib. Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorların birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat qazanırlar.

Sayca V “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət başçısı 18 dekabr 2024-cü il tarixində müvafiq sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın