İrəvanda keçirilən beynəlxalq çempionatın açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan öz hərəkətlərinə haqq qazandırıb.
Turkustan.az xəbər verir ki, Nikolyan bu addımı atmaqda əsas məqsədinin Azərbaycan bayrağının Ermənistanda dalğalanmasının qarşısını almaq olduğuğunu iddia edib. O, bildirib ki, ermənilərin bu kimi hallara öyrəşməsini təsəvvür etmir: “Mən bunu etməməliydim deyə düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar və bununla kifayətlənsinlər” deyən Aram, ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Sizinxeber.Az