Главная > Aqrar-sənaye kompleksi > Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib

Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib


16-09-2024, 16:50. Разместил: Rss Bot Apa

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 128 milyon 361 min dollar dəyərində 579 min 926 ton buğda idxal edilib.

Sizinxeber.az-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13.2% və ya 88 min 393 ton, məbləğ baxımından isə 30% və ya 55 mln. 219 min dollar azdır.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti, ötən ilin avqust ayı ilə müqayisədə 2.3% və ya 8.7 manat azalaraq 375.7 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.01%-nə bərabər olub.


Вернуться назад