maltepe escort kurtköy escort

“Sizinxəbər.Az” Media Qrupu müraciət yaydı - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

12 Haziran 2021 - 13:38

“Sizinxəbər.Az” Media Qrupu müraciət yaydı

“Sizinxəbər.Az” Media Qrupu müraciət yaydı
ƏLAVƏ OLUNUB :

05 İyun 2021 - 11:45

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi və avtomobildə olan, xidməti vəzifələrini yerinə yetirmək üçün Kəlbəcərə ezam olunmuş AzTV telekanalının operatoru Sirac Abışov və “Azərtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun həlak olması ilə bağlı “Sizinxəbər.Az” xəbər saytı beynəlxalq təşkilatlara müraciət edib.

Sizinxəbər.Az müraciətin mətnini təqdim edir:

“4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, sürücü də daxil olmaqla, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Bu faciə 10 noyabr 2020-ci il bəyanatından sonra Ermənistana Kəlbəcər də daxil olmaqla, digər 3 rayonun işğaldan azad edilməsi üçün verilən möhlətdən necə istifadə etdiyini bir daha göstərir. Zəruri olaraq xatırladaq ki, Azərbaycanın işğalda saxlanılan Ağdam da daxil olmaqla, Füzuli, Zəngilan, Qubadlı və s. rayonları tamamilə xarabazara çevrilmişdir və bunu artıq o rayonlara səfər edən diplomatlar, əcnəbi media nümayəndələri də öz gözləri ilə görüb.

Digər rayonlarımız – Kəlbəcərdə və Laçında 1992-93-cü ildən, sonra müvəqqəti olaraq məskunlaşan ermənilər isə yerləşdikləri azərbaycanlılara məxsus olan evləri, meşələri 10 noyabr bəyanatından sonra verilən möhlət ərzində yandırıb, apara bilmədikləri heyvanları güllələyib öldürür, özlərindən sonra necə böyük dağıntılar qoyur və bunu videoya çəkib yayırdılarsa, Ermənistan silahlı qüvvələri də həmin vaxt ərzində 27 ildir döşədikləri minaların sayını artırmaq, öz yurd-yuvalarına dönəcək mülki insanların faciəsini təşkil etməklə məşğul olublar.

Erməni mülki şəxslərin törətdikləri yanğınları sosial şəbəkə və erməni mediasının özündən yəqin ki, izləmək imkanınız olub. İşğalçı erməni ordusunun işğalda saxladıqları torpaqlardan çıxarkən törətdikləri əməllərini isə bu gün jurnalist həmkarlarımızın həlak olmasının simasında bir daha müşahidə edə bilərsiniz.

Təəssüflə qeyd edirik ki, 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdə 100-ə qədər mülki şəxs və hərbçi minaya düşərək həyatını itirib. Azərbaycan 10 noyabr bəyanatından sonra ərazilərin mina xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa, bütün üçtərəfli danışıqlarda bunu Ermənistandan tələb etsə də, bu vaxta qədər rəsmi İrəvan bu xəritələri verməkdən imtina edib. Təəssüflə qeyd edirik ki, beynəlxalq qurumlar da Ermənistanın mülki şəxslərə qarşı olan bu qətliam ssenarisinə qarşı heç bir ciddi tələb irəli sürməyib!

Bununla yanaşı, sayt son aylar ərzində mina partlaması nəticəsində həyatını itirmiş azərbaycanlı mülki şəxslər barədə qısa aftobioqrafik məlumatları dərc edib.

Hörmətli həmkarlar!

Bu hadisənin bütün detallarını, video və fotolarını sizə göndərməklə, peşə fəaliyyətini həyata keçirən jurnalistlərin mina terroru nəticəsində həlak olmalarına səssiz qalmayacağınızı, buna etiraz edəcəyinizi və Ermənistandan mina xəritələrini Azərbaycana verilməsini tələb edəcəyinizi gözləyirik”.

“Biz Ermənistandan beynəlxalq hüquqla müəyyən olunan öhdəlikləri yerinə yetirməsini tələb edirik”

Qeyd edək ki, müraciət Amnesty International, Human Right Watch, Sərhədsiz Reрortyorlar Təşkilatı (Reрorters Without Borders) və s. təşkilatlara göndərilib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. 

 

“Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbəri dəhşətlidir.Sizinxeber.az adınnan onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirik

BAŞ REDAKTOR İZZƏT QURBANOV

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

porno izle porno porno sex
dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno