Samsung Galaxy A52 və A72 smartfonları təqdim olunub - QİYMƏTİ - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 19:10
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

Samsung Galaxy A52 və A72 smartfonları təqdim olunub – QİYMƏTİ

Samsung Galaxy A52 və A72 smartfonları təqdim olunub – QİYMƏTİ
Son Güncelleme :

19 Mart 2021 - 20:07

Samsung şirkəti keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində Galaxy A seriyasının yeni smartfonlarını təqdim edib. Söhbət, Galaxy A52 və A72 modellərindən gedir. Təqdim olunmuş smartfonlarda Samsung ilk dəfə olaraq əvvəllər yalnız flaqman smartfonlarda olmuş bəzi texnologiyaları reallaşdırıb. Bu cür texnologiyalara misal olaraq yüksək təsvir yenilənməsinə sahib ekranı, optik zoom-a sahib kameranı və stereo səsgücləndiriciləri gətirmək olar. Gəlin Galaxy 72-dən başlayaq. Galaxy A72 təqdim edilmiş 3 smartfon arasında ölçü baxımından ən böyüyüdür. Ümumiyyətlə təqdim edilmiş yeni smartfonlar xarici görünüşcə eynidirlər. Onlar öz aralarında bəzi texniki özəlliklərə görə fərqlənirlər.

Galaxy A72 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfonun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və barmaq izi skanı texnologiyasını əldə edib. Əsas texniki özəlliklərə gəldikdə isə Galaxy A72 smartfonu Snapdragon 720G prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (123 dərəcə bucaq təsviri) + 8 MP (3 qat optik zoom) + 5 MP (makroobyektiv) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Şirkətin verdiyi məlumata əsasən 25 vatt gücündə sürətli şarj texnologiyası sayəsində smartfon 50% enerjini 30 dəqiqəyə yığır. Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə təchiz olunub. Galaxy A72 modeli One UI 3.0 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A52 modelinə gəldikdə isə o, iki versiyada təqdim edilib. 4G və 5G dəstəkli.

4G dəstəkli Galaxy A52 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran 4 GB RAM və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kamera barəsində A52-nin A72-dən bircə fərqi ondadır ki, A52-də 5 MP-lik teleobyektiv əvəzinə 5 MP-lik ToF kamera modulu reallaşdırılıb. Galaxy A52 5G modelinə gəldikdə isə o sadəcə olaraq sahib olduğu prosessor və ekranın dəstəklədiyi təsvir yenilənməsinə görə fərqlənir. Belə ki, Galaxy A52 5G modeli 10 Hz-lik təsvir yenilənməsinə sahib ekran və Snapdragon 750G prosessoru ilə təchiz olunub. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

– Galaxy A72 – 449 avrodan başlayan qiymətlə

– Galaxy A52 5G – 429 avrodan başlayan qiymətlə

– Galaxy A52 4G – 349 avrodan başlayan qiymətlə

Bax Azerbaycandan Gelip Seni Sikerem