maltepe escort kurtköy escort

Qazi qardaşlar: Bizimlə şəkil çəkdirirdilər, indi haqqımıza girirlər - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

12 Haziran 2021 - 13:46

Qazi qardaşlar: Bizimlə şəkil çəkdirirdilər, indi haqqımıza girirlər

Qazi qardaşlar: Bizimlə şəkil çəkdirirdilər, indi haqqımıza girirlər
ƏLAVƏ OLUNUB :

09 May 2021 - 9:40

“Atam daim vergisini ödəyib, məmurlardan fərqli olaraq biz büdcə talamamışıq”

İsmayıllının Zeyvə kənd sakinləri olan Məhəmmədəli və Baxış Baxışov qardaşları İkinci Qarabağ Müharibəsində döyüşüblər. Məhəmmədəli Naxçıvandakı N saylı xüsusi təyinatlı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi, Baxış isə könüllü olaraq döyüşlərə qatılıb. Hazırda hər iki qardaş Bakıda müalicə və reabilitasiya keçir.

“İşğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak etdik, hər ikimiz Şuşa şəhərini azad edərkən ağır yaralandıq. Hazırda birimiz hospitalda, digərimiz Mərdəkandakı Reabilitasiya Mərkəzində müalicələrimizi davam etdiririk. Ancaq təəssüf ki, bizi ən çox incidən xarici düşmən raketlərinin zərbəsindən aldığımız yaralar deyil, daxili məmurlarımızın atamız Rəşad Baxışova qarşı törətdikləri rəzalətlərdir”, – qardaşlar yazır.

“Qəssabxananı şumladılar, bizi çörəksiz qoydular”

Baxışov qardaşları daha sonra yazır ki, ataları Rəşad Baxışova məxsus olan, İsmayıllının Bizlan kəndinin girəcəyində, Basqal kəndinə yaxın olan yol kənarındakı 6×4 ölçüdə qəssab dükanını və balaca kafesini 2020-ci ildən yol genişlənməsi bəhanəsilə qonşuluqda olan obyektlərlə birlikdə söküblər. Digər mağazalar sonradan daşla hörülərək sahiblərinə qaytarılıb. 1 ildir yerli məmurlar Rəşad Baxışova keçmiş obyektlərinin yerində nə yenisini tikib özünə qaytarır, nə də özünün bu işə əl qatmasına imkan verirlər.

“Deyirlər, başçı gərək razılıq verə…”

“Hər ikimiz döyüşdən yaralı qayıtmışıq, əmək fəaliyyətiylə məşğul ola bilmirik və yəqin ki, hələ uzun müddət də belə davam edəcək. Ailənin yükü atamızın çiyinlərindədir. Ancaq yerli məmurlar atamın qazanc yerini hərtərəfli bağlayıblar. Bu işləri Dövlət Turizm Agentliyi ilə yerli icra hakimiyyəti həyata keçirir. Atam Dövlət Turizm Agentliyinə müraciət etdikdə ona bildirirlər ki, bunun üçün gərək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının razılığı ola… Başçı isə atamı yaxına buraxmır. Hansı səbəbdən qəssabxananı və kafeni bərpa etməyə imkan vermir, bizə də məlum deyil. Halbuki, icra başçısı yaxşı bilir ki, atamın ailə üzvləri – yəni biz iki qardaş Şuşa uğrunda döyüşüb yaralanmışıq. Biz müharibədən yaralanıb qayıtdıqdan sonra gəlib evimizdə rayonun məmurlarından tutmuş Səfərbərlik Şöbəsinin rəisinədək gəlib evimizdə bizimlə şəkil çəkdirib gedirlər, ancaq haqqımız tapdalanır, bir adam da səsini çıxarmır”, – Baxışov qardaşları deyir .

Qardaşlardan biri – Məhəmmədəli Baxışov hələ müharibədən əvvəl ailənin dolanışığının ağır olması səbəbindən “Kapital Bank”dan 3000 manat kredit götürüb. Müharibəyə yollanandan sonra bank ödəniş tələb etməsə də, qayıtdıqdan bir müddət sonra – bu ilin fevral-mart aylarından bank krediti onun maaş kartından tutmağa başlayıb:

“Biz ora-bura yazandan sonra bank kartımdan çəkdiyi pulların bir hissəsini qaytarıb, ancaq digər hissəsini yox… Atama bildirilib ki, reabilitasiya və müalicə bitdikdən sonra özüm banka yaxınlaşsam, problemi həll edə bilərlər. Bankın gələcəkdə hansı qərarı verəcəyini bilmədiyimiz üçün hələlik bir şikayətimiz yoxdur. Ancaq atamın işsiz qalması, bizi yoluxmaq üçün pulsuz-parasız İsmayıllı-Bakı yolunu gəlib-getməsi ürəyimizi incidir”.

“Məmurlardan fərqli olaraq biz büdcə talamamışıq”

Baxışov qardaşları Prezident İlham Əliyevə də müraciət ediblər. “Sizdən dönə-dönə xahiş edirik, atamızın gözümüz önündə sıxıntıdan əziyyət çəkməsinə son qoyulması üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısına xəbərdarlıq edəsiz. Atam daim vergisini ödəyib, məmurlardan fərqli olaraq biz büdcə talamamışıq, atam dövlətin büdcəsinə xeyir verib ki, zərər vurmayıb”, – deyə qardaşlar ölkə başçısına müraciətlərində bildiriblər.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sahibkar Rəşad Baxışovun obyekti yol layihəsinə düşdüşüyü üçün sökülüb. Ona sahibkarlıq fəaliyyətini davam etdirmək üçün həmin ərazidən bir az kənarda yer təklif olunsa da, razılaşmayıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

porno izle porno porno sex
dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno