“Potensial təhlükələr nəzərə alınır” - SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 19:42
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

“Potensial təhlükələr nəzərə alınır” – SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA

“Potensial təhlükələr nəzərə alınır” – SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
Son Güncelleme :

05 İyul 2021 - 13:02

“Potensial təhlükələr nəzərə alınır” – SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
“Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən potensial təhlükələr nəzərə alınır”.  
Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.
Qurumun rəsmisi 4 iyul tarixində Xəzər dənizində baş vermiş partlayış nəzərə alınmaqla növbəti dövrdə yarana biləcək bu kimi hadisələrin şirkətin və onun əməkdaşlarının fəaliyyətinə təsiri ilə əlaqədar bildirib ki, ümumilikdə palçıq vulkanları neft-qaz yataqları ilə bağlıdır:
“Şirkət tərəfindən mövcud olan vulkanlar nəzərə alınır. Hazırda bizə hansı ərazilərdə palçıq vulkanlarının mövcud olduğu məlumdur”.
İbrahim Əhmədov qeyd edib ki, bu ərazilərə yaxın zonalarda məskunlaşdırma həyata keçirilmir:
“Eləcə də, şirkət tərəfindən bu ərazilərin yaxınlığında sənaye təyinatlı obyektlər də tikilmir. Bütün bunlar bir qayda olaraq Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) nəzərə alınır”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında Xəzər dənizi istiqamətində baş vermiş hadisə zamanı SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.
Nigar Məmmədova

Bax Azerbaycandan Gelip Seni Sikerem