Paşinyan Qarabağa pul ayırdı – “Anti-terror əməliyyatlarını həyata keçirmək üçün imkanları genişləndirir”Sizinxeber.az – Azərbaycan Xəbərləri

13 Nisan 2021 - 10:40

Paşinyan Qarabağa pul ayırdı – “Anti-terror əməliyyatlarını həyata keçirmək üçün imkanları genişləndirir”

Paşinyan Qarabağa pul ayırdı – “Anti-terror əməliyyatlarını həyata keçirmək üçün imkanları genişləndirir”
ƏLAVƏ OLUNUB :

29 Mart 2021 - 13:59

Dağlıq Qarabağda mənzil tikintisi və zəruri infrastruktur proqramı üçün 110 milyard dram ayrılmasına qərar verilib.Erməni mediasının xəbərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İrəvanda keçirilən Ermənistan və Qarabağ Təhlükəsizlik Şuralarının birgə iclasında bəyan edib.Onun sözlərinə görə, 58 milyard dram “Hayastan” Ümumerməni Fondu tərəfindən, 52 milyard dram isə Ermənistan hökuməti tərəfindən ayrılacaq.Paşinyan qeyd edib ki, Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramları həyata keçiriləcək, həmçinin gələcəyə və təhlükəsizlik sahəsinə dair strateji baxışlar müzakirə olunacaq.Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ermənistan tərəfinin belə bir addımı Azərbaycana qarşı çox böyük təxribatdan xəbər verir.

Əziz Əlibəyli

Əziz Əlibəyli“Hesab edirəm ki, bu təxribat Azərbaycanın 10 noyabr razılaşması ilə bağlı öhtəliklərinə yenidən baxmasına gətirib çıxardacaq. Burada xüsusi ilə öhtəlikləri pozan Ermənistan tərəfidir və bu çox ciddi təxribatdan xəbər verir. İrəvanda keçirilən iclasda Nikol Paşinyanın səsləndirdiyi bu məsələ Ermənistandan daha çox qondarma rejim təsis etmək istəyənlərin nümayəndələrini zərbə altında qoyur.Proqram çərçivəsində belə bir addımın atılması şübhəsiz ki, Azərbaycanın həmin bölgə ilə bağlı atacağı addımları stimullaşdırır və sürətləndirir. Yəni, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan əraziləri daxilində hansısa qondarma qurumu təsis etmək olmaz. Ermənistan dövlət olaraq hansısa ayırmalar həyata keçirdə bilməz. Buna cəhd 44 günlük savaşı reallaşdırdı və nəticə etibarı ilə nəyinki qondarma rejim, həmçinin Ermənistan tərəfi də ciddi şəkildə hərbi məğlubiyyətə uğradı. Ona görə də, bunu Paşinyanın növbəti dəfə Azərbaycanın lehinə atdığı addım kimi nəzərdən keçirmək lazımdır”.Siyasi şərhçinin sözlərinə görə, bu, digər tərəfdən Azərbaycanın haqlılıq dərəcəsini artırır.“Həm 10 noyabr razılaşmasına erməni tərəfinin riayət etməməsi faktını ortaya qoyur, həm də Azərbaycanın anti-terror əməliyyatlarını həyata keçirməsi üçün imkanlarını genişləndirir və leqallaşdırır. Düşünürəm ki, yaxın zamanlarda keçiriləcək anti-terror əməliyyatlarının şahidi olmaqla məsələnin əsl mahiyyətini analiz etmiş olarıq”,-deyə bildirib.Leyla Mirzə

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno