“Fətullah Gülən tərəfdarlarının arzuları baş tutmadı”Sizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 17:57
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

“Fətullah Gülən tərəfdarlarının arzuları baş tutmadı”

“Fətullah Gülən tərəfdarlarının arzuları baş tutmadı”
Son Güncelleme :

15 İyul 2021 - 16:36

Milli Məclisin deputatı Vahid Əhmədov 2016-cı ilin bu günü Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı danışıb. “Qafqazinfo”ya açıqlama verən, millət vəkili qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın bu hadisələrin qarşısını məharətlə aldığını bildirib.

O, çevrilişçilərin bir də heç zaman buna cəhd edə bilməyəcəyini də sözlərinə əlavə edib: “Beş il öncə Türkiyədə baş verən hadisələr həqiqətən çox ciddi hadisələr idi. Xarici qüvvələrin təsiri nəticəsində qardaş ölkədə dövlət çevrilişi həyata keçirmək istədilər. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun qarşısını məharətlə aldı. Baxmayaraq ki, bu çevrilişə cəhd edənlərə böyük dəstək var idi, arxalarında böyük dövlətlər dururdu. Hesab edirəm ki, çevriliş hadisəsi baş versəydi, Türkiyənin siyasi, iqtisadi həyatında arzuolunmaz dəyişikliklər olardı. Çox ciddi problemlər ortaya çıxacaqdı. Çətinliklər təkcə Türkiyədə deyil, qonşu dövlətlərdə də hiss olunacaqdı. Hakimiyyətə gəlmək istəyənlər Fətullah Gülən tərəfdarları idi. Onların arzuları baş tutmadı. Bu insanlara qarşı Türkiyə dövləti ciddi əməliyyatlar həyata keçirdi və hazırda da davam edir. Türkiyədə çevrilişə cəhd edənlər, xarici dövlətlərlə əlaqədə olanlar həbs edildi. Bundan sonra inanmıram ki, kimsə belə cəhd etsin. 15 iyul hadisələrindən ciddi dərslər alındı və düzgün siyasi qərarlar verildi. Türkiyə güclü və demokratik dövlətdir.

Əsas odur ki, bu baş tutmadı və Rəcəb Tayyib Ərdoğan qardaş ölkə başçısı kimi vəzifəsinin icrasına davam edir. Bəllidir ki, bu gün Türkiyə dövlətinin başçısı dünya siyasətində özünəməxsus yeri olan adam, öndə gedən liderlərdən biridir. Dünya dövlətlərinin əksəriyyəti onunla hesablaşırlar.

Çox yaxşı ki, Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında dostluq-qardaşlıq münasibətləri var. 44 günlük Vətən müharibəsində də Türkiyə bizim yanımızda oldu, dəstəyini əsirgəmədi. Bunun da əsas səbəbi Ərdoğanın apardığı düzgün siyasətdir. Türkiyədə sabitliyin daim olması Azərbaycan üçün də vacib məsələdir. Bizim dövlətimiz üçün də önəmlidir. Get-gedə əlaqələrimiz daha da inkişaf edir, iqtisadi, siyasi və digər sahələrdə birgə işlər görülür. Çox ciddi və böyük layihələr hazırlanır, birlikdə həyata keçirilir. Dünən də Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan daim Türkiyənin yanında olacaq. Bu münasibətlər getdikcə çox inkişaf edir və mən düşünürəm ki, gələcəkdə Azərbaycanla – Türkiyə arasında heç bir viza olmayacaq, qardaş ölkə vətəndaşları bura sərbəst gəlib gedəcəklər, biz də ora gedəcəyik. Bu bizim üçün çox önəmlidir. Dünya düzəni dəyişdiyi üçün Türkiyənin Qafqazda söz sahibi olması Azərbaycana vacibdir. Biz də qardaş ölkəni qorumalıyıq, rəhbərlərinə hörmətlə yanaşmalıyıq. Türkiyə Prezidenti, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hülusi Akar Azərbaycanı sevən insanlardır. Arzu edək ki, orada bir də bu cür hadisələr baş verməsin. Heç kim çevrilişə cəhd etməsin. Türkiyə güclü dövlətdir, NATO-nun üzvüdür, çox yaxşı ordusu var. Onların həmişə ayaqüstə möhkəm olması bizim üçün də önəmlidir”.

Bax Azerbaycandan Gelip Seni Sikerem