Dövlət başçısı: "Azad edilmiş torpaqlarda hər şey dağıdılıb" - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

13 Nisan 2021 - 11:29

Dövlət başçısı: “Azad edilmiş torpaqlarda hər şey dağıdılıb”

Dövlət başçısı: “Azad edilmiş torpaqlarda hər şey dağıdılıb”
ƏLAVƏ OLUNUB :

31 Mart 2021 - 19:26

“Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.

“Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir”, – dövlət başçısı bildirib.

 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno