maltepe escort kurtköy escort

Deputat AÇIQLADI: “Azərbaycanda qiymətlər aşağı düşə bilər”Sizinxeber.az – Azərbaycan Xəbərləri

12 Haziran 2021 - 14:21

Deputat AÇIQLADI: “Azərbaycanda qiymətlər aşağı düşə bilər”

Deputat AÇIQLADI: “Azərbaycanda qiymətlər aşağı düşə bilər”
ƏLAVƏ OLUNUB :

20 May 2021 - 18:19

Deputat AÇIQLADI: “Azərbaycanda qiymətlər aşağı düşə bilər”
Azərbaycanda may ayının 1-nə istehlak bazarındakı qiymətlərdə 4 faizə qədər artım müşahidə olunub. Bu artım özünü ərzaq məhsullarının qiymətlərində daha çox büruzə verir. Buna baxmayaraq ölkəmizdə kənd təsərrüfatı sahəsində məhsuldarlıq hər il bir az daha artır. Üstəlik sənayenin qeyri neft-qaz sektorunda da məhsul istehsalında artım müşahidə olunur. Belə olduğu halda qiymətlərin optimallaşdırılmasına mane olan səbəbləri aydınlaşdırmağa ehtiyac yaranır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, əgər ölkədə istehsal artırsa nəticə etibarilə daxili bazarda qiymətlərin aşağı düşməsi mümkündür.
Daxili məhsulların artmasının ölkədə daha çox məhsulun istehsal edildiyinin göstəricisi olduğunu deyən Vüqar Bayramov vurğulayıb ki, nəticədə bazara daha çox məhsul çıxarılır:
“İstehlak bazarında aparılan monitorinqlər göstərir ki, ölkədə xüsusilə mövsümi meyvələrin istehsal həcmində artım müşahidə olunur. Bu isə nəticə etibarilə onların qiymətlərinə də təsir göstərir. Bütövlükdə ərzaq məhsullarının strukturuna diqqət yetirsək kənd təsərrüfatı məhsulları artdıqca bazarda qiymətlərin optimallaşdırılması müşahidə olunur. Əgər növbəti dövrdə də bu məhsulların istehsalı artarsa, məhsuldarlıq səviyyəsi yüksələrsə, bu, bazardakı qiymətlərə təsir göstərə bilər”.
Belə olduğu halda müvafiq məhsulların istehsalında davamlı artımı təmin etmək üçün torpaq dövriyyəsinə kənd təsərrüfatı təyinatlı ərazilərin əlavə edilməsi zərurəti yaranır.
Millət vəkili bildirir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatının inkişaf etməsinin daxili bazarda qiymətlərə təsir göstərəcəyi proqnozlaşdırılır:
“Müvafiq ərazilərdə kənd təsərrüfatı yenidən bərpa olunduqdan sonra daxili bazarda qiymət azalmalarının olacağı istisna edilmir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı bərpa olunduqdan sonra 1 milyard manatlıq tərəvəz məhsullarının istehsal olunması planlaşdırılır. Bu, istehsalın artması və daxili bazara daha çox məhsulun çıxarılmasına şərait yaradacaq”.
Əlavə edək ki, işğaldan azad edilən ərazilərimiz hesabına 155 min hektar sahənin yenidən əkin dövriyyəmizə cəlb olunacağı gözlənilir. Həmçinin, təqribən 400 mindən yuxarı iribuynuzlu heyvanlardan ibarət sürü, 1,5 milyondan çox xırdabuynuzlu heyvan sürüsündən ibarət bir təsərrüfatın formalaşdırılması planlaşdırılır. 
Digər tərəfdən bu gün azərbaycanlı sahibkarlar ixrac potensialının artırılmasına çox böyük maraq göstərirlər. Hətta müvafiq istiqamətdə onlara dövlət tərəfindən həm informativ, həm maddi, həm də təşkilati dəstək göstərilir. Bəs, daxili bazarın tələbini tam təmin etməklə ixrac həcmini ona uyğun olaraq müəyyən etmək mümkündürmü? Yəni, ölkədə istehsal həcmini maksimum səviyyəyə çatdırana qədər sahibkarların daxili bazara yönəlməsi.
Vüqar Bayramov vurğulayıb ki, ixrac ölkə iqtisadiyyatı üçün çox önəmlidir və istehsal olunan bütün məhsulların bir qisminin daxili bazardan əlavə ixraca yönəldilməsinə ehtiyac var:
“Ötən il ixraca məhdudiyyətlər tətbiq edilən zaman fermerlər öz məhsullarını daha çox daxili bazarda satmağa üstünlük verdilər. Nəticədə daxili bazarda təklifin artması müşahidə olundu. Bu isə təbii ki, qiymətlərə təsir göstərdi. Biz Rusiya tərəfindən pomidor idxalına qadağalar müəyyənləşdirilən zaman müşahidə etdik ki, həmin məhsulun ölkədaxilindəki qiyməti azaldı. Lakin, nəzərə almaq lazımdır ki, ixrac ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Fermerlərin bir hissəsinin xarici bazarlara çıxışının olması olduqca əhəmiyyətlidir.
İxrac həm fermerin gəlirini artırır, həm də daha çox sərmayə qoyuluşu imkanı yaradır. Eyni zamanda ölkəyə qeyri-neft sektoru üzrə daxil olan valyutanın həcmini artırır. Bu baxımdan istehlak bazarındakı qiymətlərin optimallaşdırılması üçün ən məqbulu məhsuldarlığın, istehsalın artırılması, daxili bazara daha çox məhsulun çıxarılmasıdır. Bu həm də ixrac potensialının qorunub saxlanılmasına imkan yaradır”.
Qeyd edək ki, 2021-ci ilin dörd ayı ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 1 milyard 447,4 milyon manat olub. Onun 1 milyard 343,4 milyon manatı heyvandarlıq, 104 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,6 faiz artıb. Ölkədə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 310,1 min hektar sahədə və ya 4,9 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Təsərrüfatlarda 44,5 min ton, illik müqayisədə 2,1 faiz çox kartof, eləcə də, 108,8 min ton və ya ötən ilə nisbətən 1,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.
Müvafiq dövrdə quş əti də daxil olmaqla diri çəkidə 176,3 min ton ət, 672,3 min ton süd, 624,7 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal edilib. 2020-ci ilin eyni dövrünə nəzərən ət istehsalı 3 faiz, süd istehsalı 1,9 faiz, yun istehsalı 0,1 faiz artıb.
Xatırladaq ki, 2021-ci ilin may ayının 1-nə olan göstəricilərə əsasən ölkədə 14,9 milyard manatlıq məhsul istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,5 faiz artıb.
Nigar Məmmədova

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

porno izle porno porno sex
dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno