Baş leytenant Samiq Misir oğlu Fərzalıyev Tovuzda anadan olmuşdu. 28 yaşında idi. - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

13 Nisan 2021 - 10:33

Baş leytenant Samiq Misir oğlu Fərzalıyev Tovuzda anadan olmuşdu. 28 yaşında idi.

Baş leytenant Samiq Misir oğlu Fərzalıyev Tovuzda anadan olmuşdu. 28 yaşında idi.
ƏLAVƏ OLUNUB :

07 Aprel 2021 - 11:41

Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi.

Hərbi xidməti

Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2014-cü illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında “baş leytenant” hərbi rütbəsi alıb.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samiq Fərzalıyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub. Tovuz rayonunun Güvəndik kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno