Abbas Qasımov (mayor) -Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, Vətən müharibəsinin şəhidi.

Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Abbas Qasımovun məzarı
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

  • Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  • Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009) yubiley medalı - lent.png (18.08.2009) — “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi” yubiley medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  • Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014) yubiley medalı - lent.png (18.08.2014) — “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2015) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  • Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019).png (18.08.2019) — “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı
  • Qüsursuz xidmətə görə II dərəcəli medalı - lent.png (26.06.2020) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
  • AZ For service to the Fatherland order ribbon.png (15.12.2020) — “Vətənə xidmətə görə” ordeni 3-cü dərəcəli (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)