featured

Aİ-92-nin qiyməti qalxsa, vəziyyət gərginləşə bilər – Ekspertdən həyəcanlı açıqlama

“”Aİ-95” və “Aİ-98” markalı benzin növləri Azərbaycana idxal olunur. İdxal qiymətləri isə xarici bazarlardakı qiymət dinamikası və nəqliyyat xərcləri ilə əlaqədar mütəmadi olaraq dəyişir. Bəzən qiymət artır, bəzən isə azalır. Yəni, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa asılıdır. Bu asılılığdan azad olmaq üçün Azərbaycan ​ özü “Aİ-95” markalı benzini istehsal edə bilər. Tək​ çıxış yolu budur”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, “Aİ-95” markalı benzini istehsalı üçün ölkədə kifayət qədər resurs bazası var:
“Hazırda ölkədə istehsal olunan neftin 80 faizi xammal şəklində xaricə ixrac olunur. Bunu ixrac etmək yerinə zavod quraraq ölkədə sözügedən markalı benzinin istehsalına başlanıla bilər. Əsas xammaldır ki, o da var. “Aİ-95″ markalı benzini istehsal edən dövlətlər özü nefti bizdən alıb aparır”.
Ekspert qeyd edib ki,​ “Aİ-92” markalı benzin və dizel yanacağı ölkədə istehsal olunur və bu iki yanacaq növünün qiymətini qoruyub saxlamaq mütləqdir: “”Aİ-92” markalı benzin və dizel yanacağının qiyməti qalxarsa, vəziyyət gərginləşə bilər. Çünki yerli istehsalı bahalaşdıracaq, müəyyən problemlər yaradacaq və iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərəcək”.
 
Sevinc
BakuPost
Sizinxeber.Az

Aİ-92-nin qiyməti qalxsa, vəziyyət gərginləşə bilər – Ekspertdən həyəcanlı açıqlama

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!