Ağırlıqqaldırma üzrə millimiz Bakıda belə qarşılandı - Video
Ağırlıqqaldırma üzrə millimiz Bakıda belə qarşılandı - Video

Ağırlıqqaldırma üzrə millimiz Bakıda belə qarşılandı – Video

21:24

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Axar.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Millimiz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub.

Nümayəndə heyətini könüllülər, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib.

Sizinxeber.Az

Ağırlıqqaldırma üzrə millimiz Bakıda belə qarşılandı – Video

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!