Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb
Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan şaxtada torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.
Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində dörd nəfəri xilas etmək mümkün olub. Benqo polisi nümayəndəsi Qaşpar Luis İnasio bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında kişilərdir.
Şahidlərin sözlərinə görə, faciəyə təpədən qəfil qopan iri torpaq kütləsinin şaxtanın üzərinə çökməsi səbəb olub. Nəticədə dərinlikdə olan şəxslər dağıntılar altında qalıb.
Hazırda xilasedicilər şaxtada əməliyyatları davam etdirirlər. Rəsmi məlumatda iki nəfərin itkin düşdüyü bildirilsə də, yerli sakinlər yeraltında daha 70 nəfərin qala biləcəyini iddia edirlər.
İlkin ehtimala görə, torpaq sürüşməsinə son üç gündür bölgədə davam edən güclü yağışlar səbəb olub.
Oxşar xəbərlər
Hindistanda torpaq sürüşməsi nəticəsində 3 hərbçi həlak olub, 6 nəfər itkin düşüb
Çində torpaq sürüşməsi baş verib: ölənlər var
Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb
Kolumbiyada torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub
Çində torpaq sürüşməsi nəticəsində 19 nəfər dağıntılar altında qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
