Sizin Reklamınız Burada ola bilər!
Afət Fərmanqızı axtarışa verildi
Afət Fərmanqızı axtarışa verildi

Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir” – YENİLƏNİB

Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Afət Fərmanqızı bunun sifarişli iş olduğunu vurğulayıb:
“Nə axtarışı? Bu, sifarişli işdir. Bu məhkəmənin adı Floranındır. O, məni ona görə məhkəməyə verdi ki, bunun arxasında duran qüvvə var. Mən o qüvvəni dəqiqləşdirdim. Floranın arxasında dayanan 60 yaşlı əyriayaq var. Həmin 60 yaşlı əyriayaq ilə Floranın yazışmaları, səs yazıları hamısı əlimdədir.  Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! O, Floraya deyib ki, “sən onu məhkəməyə ver, mən onun başına oyun açdıracağam”. Mənim əlimdə onların yazışmaları var. Bu, sifarişli işdir. Yaxın vaxtlarda sosial media hesabımda bununla bağlı ətraflı məlumat verəcəyəm”.
Afət, həmçinin, hazırda Tovuzda atasının evində olduğunu qeyd edib:
“Mən Tovuzdayam, ata evimdəyəm. Məhkəməyə də bu barədə sənəd təqdim etmişəm. Hamiləyəm, gələ bilmirəm”.
13:06
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.
APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.
İttiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.
Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.
Dilşad Bəhruzqızı

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir” – YENİLƏNİB

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica