Sizin Reklamınız Burada ola bilər!
ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL
ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL

ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL

ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL
Sinqapurda keçirilən Şanqri-La Dialoq Forumu ABŞ-Çin qarşıdurmasını hərbi eskalasiyaya sürükləyən siqnallarla yadda qaldı.
Forum çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenhe ilə üzbəüz görüşüb, lakin görünür ki, bu görüş hərbi liderlərin sonrakı çıxışı üçün bir-birinə qarşı təhdidedici fondan başqa bir şey qazandırmayıb.
ABŞ-Çin münasibətləri Rusiya-Ukrayna müharibəsi kontekstində sınağa çəkilir, onsuz da rəvan olmayan əlaqələrin rəngindəki fon daha da qaralır.
Vaşinqton-Pekin arasındakı təsvirin tündlüyü Tayvan mövzusu, Asiya-Sakit okeanı regionu uğrundakı geosiyasi rəqabət, sülh və təhlükəsizliyə dair qavrayışlardakı fərqlərə söykənir.
ABŞ-ın narahatlığının bir ucu Rusiya amilinə gedib çıxır, çünki Çin dünya hegemonluğunda özbaşına hərəkət etmir və bir sıra sahədə Rusiya ilə sıx əməkdaşlığa malikdir.
Bu əməkdaşlığı Rusiya-Ukrayna müharibəsi də poza bilmir və Moskva-Pekin xətti digər regionlarda ortaq strateji maraqlar hasil edən addımlara gedir.
Təbii ki, ABŞ da tək deyil və onun xarici siyasətinin ana xətti Britaniya ilə razılaşdırılır. Asiya-Sakit okeanı regionundan Rusiya ilə Çinin müştərək maraqlarının sıxışdırılıb dalğaların ağuşuna atılması isə ən çox Londonun hədəfi kimi ortadadır.
Lakin London bu məsələdə özünü gözə soxmağa çalışmır və tarixdən gələn qüdrətini başqa dövlətin gücü hesabına ayaqda saxlamaq istəyir, hərçənd ki, ABŞ-ın özünün də hegemonluq iddialarının güclü hərbi-siyasi əsasları mövcuddur.
Lloyd Ostin forum zamanı Çinin döyüş təyyarələri və gəmilərinin digər ölkələrə hədə yaratmaq təhlükəsindən söz açmaqla Pekinin hərbi eskalasiyada maraqlı olduğuna işarə edib. ABŞ tərəfi ənənəvi olaraq əlində olan kartı – Tayvan məsələsini ortaya qoyub və bildirib ki, Ağ Ev müttəfiqlərinin yanında olacaq. Hərçənd ki, ABŞ Tayvana müstəqillik tanımır, lakin ekspansiyasını fərqli metodlara söykənərək həyata keçirməyi hədəfləyir.
Çinin müdafiə naziri isə bir gün sonra amerikalı həmkarının çıxışına cavab olaraq Vaşinqtonun ölkəsini cilovlamaq üçün çağırış etməməsini və Çinin daxili işlərinə qarışmamasını tələb edib.
Görünür ki, ABŞ-Çin müdafiə nazirlərinin görüşündə aydın olub ki, Çin Cənubi Çin dənizindəki aktivliyini artırıb və bununla Qərbin təsirini geri itələməyə çalışır.
ABŞ isə Asiya-Sakit Okeanı regionunda uzunmüddətli təsirini saxlamaq üçün konsepsiyaya malikdir və burada müxtəlif  – təhsil, infrastruktura sərmayə və sair. adlar altında özünün iştirak səviyyəsini göylərə qaldırır.
Bir sözlə, hər iki güc yalnız öz çətiri altında Asiya-Sakit Okean regionunun böyümə və innovasiya mühərriki olaraq qalmasını təmin etməkdə iddialıdır və bu arzu Rusiya-Ukrayna müharibəsi kontekstində diqqəti birinci mərhələ üçün Tayvana yönəldir.
Hərçənd ki, Çinin öz ərazi subyekti olan Tayvana müdaxiləsi zamanı ABŞ-ın cavabının necə olacağı da bəlli deyil, çünki hər iki ölkə bir-birilə üz-üzə gələrək “yumruq davası”na çıxmaqdan çəkinir.
Ona görə də, Ağ Ev hibrid müharibə ilə Çinin təsirlərini minimallaşdırmağa çalışacaq və Çinin regionda yaratdığı rəqəmsal infrastruktur çərçivələrini dağıtmağa girişəcək.
İndiki şəraitdə Tayvan mövzusunun qızışması daha çox hibrid müharibə taktikasına söykənir, ancaq Çinin boğaza yığıldığı Tayvan məsələsini birdəfəlik həll etmək istədiyi də aydınca görünür.
Yazıdan hansı qənaətləri formalaşdırmaq olar? Düşünürük ki, ABŞ-la Çin açıq qarşıdurmaya girmədən bir-birlərinə qarşı yeni təsir zonaları yaratmaqda davam edəcəklər.  
Bu tendensiya Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə daha da sürətlənəcək və tərəflər bununla da qane olmasalar, Tayvan dünyanın növbəti partlayan məkanına çevriləcək.
Aqşin Kərimov

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica