ABŞ-dan Bakı və İrəvana növbəti çağırış
ABŞ-dan Bakı və İrəvana növbəti çağırış

ABŞ-dan Bakı və İrəvana növbəti çağırış

Biz ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayaraq gərginliyin azaldılmasına çağırış edirik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün rəsmi Vaşinqtonun atdığı addımlarla bağlı sualı cavablandırarkən bildirib.

O, bu məqsədlə ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşünü təşkil etdiklərinin xatırladıb:

“Biz bunu Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində etdik”.

N.Prays söyləyib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri həm rəsmi Vaşinqtonun, həm də hər iki tərəfin gərginliyi azaltmaq üçün əllərindən gələn hər şeyi etdiyinə əmin olmaq məqsədilə iki ölkənin rəsmiləri ilə fəal şəkildə əlaqə saxlayır:

“Biz əlimizdən gələni edirik, ən əsası isə bu iki ölkə gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edir”.

Sizinxeber.Az

ABŞ-dan Bakı və İrəvana növbəti çağırış

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!