SON DƏYQƏ

Sizinxeber.Az Milli Xəbər Portalı

Paşinyan Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymaq istəyir – ŞƏRH

Bu haber 24 Ekim 2018 - 16:52 'da əlavə olunub və Baxış Sayı 4

Azərbaycan və Ermənistan arasında qurulan operativ əlaqə erməni rəhbərliyinin konstruktiv mövqeyi halında başlaya biləcək siyasi prosesin texniki elementidir. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor Kamil Səlimov erməni tərəfinin Ermənistan və Azərbaycan arasında operativ əlaqənin qurulması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Ekspertin fikrincə, erməni tərəfi bunu siyasi uğur kimi təqdim edərək şişirdir.

“Əlbəttə ki, Paşinyan Azərbaycan prezidenti ilə siyasi dialoqu yoluna qoymaq istəyir. Bu, həlledici faktordur, çünki Azərbaycanla siyasi qarşılıqlı fəaliyyət olmadan onu hakimiyyətə gətirən proqram heç vaxt həyata keçməyəcək”, – Səlimov deyib. 

Professor hesab edir ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması münaqişənin həllində heç bir rol oynamayacaq. 

“Əgər Paşinyan bütün beynəlxalq tələblərə və tövsiyələrə, ATƏT-in Minsk qrupunun qərarlarına məhəl qoymayan mövqeyini davam etdirəcəksə, bu əlaqələrin hansı rolundan danışmaq olar? Bu əlaqələr heç bir rol oynamayacaq”, – ekspert əlavə edib. 

K.Səlimov əmindir ki, əlaqələr iki ölkə liderlərinin qarşılıqlı anlaşmanın ümumi konseptini tapdığı zaman işləyəcək. 

Müsahibimiz qeyd edib ki, bu əlaqələrin effektli olması üçün Ermənistan Azərbaycan rəhbərliyi ilə dialoqu yoluna qoymalıdır. 

“Əgər Paşinyan bu sistemin tək nəzəri deyil, praktiki formada da işləməsini istəyirsə, onda o, Azərbaycan tərəfi və şəxsən Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymalıdır. Və münaqişənin həllində konstruktiv mövqe irəli sürməlidir, əks halda, bu əlaqə faydasız olacaq”, – Səlimov əlavə edib.

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Cinayət təşkil edəcək, qanunsuz, hədələyici, narahat edici, təhqir və küfr ehtiva edən, təhqiredici, alçaldıcı, kobud, pornoqrafik, əxlaqa zidd, şəxsiyyət hüquqlarına zərər verici ya da bənzəri xarakterlərdə məzmunlardan doğan hər cür maliyyə, mülki, cinayət, inzibati məsuliyyət məzmunu göndərən şəxsə məxsusdur.
POPULYAR FOTO QALEREYALAR
SON DƏQİQƏ XƏBƏRLƏRİ
InvestAZ
İLGİLİ HABERLER
SON Dəyqə